Nəriman Axundzadənin komandası UDUZDU

11:16 22.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni komandası “Kolambus Kryu” MLS-də yeni mövsümə məğlubiyyətlə başlayıb. 

Hafta.az xəbər verir ki, Ohayo təmsilçisi müntəzəm mövsümün ilk turunda səfərdə “Portlend Timbers”in qonağı olub. 

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Nəriman Axundzadə ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. O, “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb.